Murad Dadaşov Prezidentə təşəkkür etdi

Murad Dadaşov Prezidentə təşəkkür etdi
2082 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən bir çox sənətkarlar və tanınmış incəsənət xadimləri müxtəlif fəxri adlara layiq görülüblər.

Axşam.az Lent.az-a istinadən xəbər verir ki, onların arasında daha əvvəl əməkdar artist fəxri adını daşıyan Murad Dadaşov da var.

Bu gün "Xalq artisti" adına layiq görülən Murad Dadaşov hər zaman sənət adamlarına göstərdiyi qayğı və diqqətə görə Prezindent İlham Əliyevə minnətdarlığını bildirib:

"Cənab prezidentimiz İlham Əliyev hər zaman mədəniyyət sahəsində çalışan insanları, incəsənət aləminin nümayəndələrini xüsusi diqqətdə saxlayıb. Bu ada layiq ola bilmək üçün mən bundan sonra qarşıma daha böyük məqsədlər qoyacağam və gördüyüm hər bir işdə, ərsəyə gətirdiyim bütün layihə və işlərdə Azərbaycanın adını daha da yüksəklərə daşımaq və ölkəmizin uğurlarını daha da artırmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm”.