Müğənni-bəstəkar Murad Arif "Oppalara" mahnısına çəkdirdiyi klipini təqdim edib.
Axşam.az-ın məlumatına görə, sənətçi ilk dəfə özü yazmadığı bəstəni oxuyub. "Oppalara" adlana bəstə ərəb mahnısıdır və müəllifin icazəsi ilə oxunub.
Sözügedən mahnı Ramil Nabranla duetdir. Muradın dediyinə görə, mahnı çox seviləcək:
"Mahnıya 4 gün, 4 gecə klip də çəkilib. Bir sözlə, bu yayın 1 nömrəli hitini təqdim edirik. Klipin rejissoru Emin Muradov, operatoru Delee Oruclu, layihənin produseri isə Samir Ələskərovdur".