Şəhərdə atəşfəşanlıq olacaq

Şəhərdə atəşfəşanlıq olacaq
912 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli konsert proqramı keçiriləcək.

Heydər Əliyev Fondundan Axşam.az-a verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcək.

Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq. Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq.