Müğənni Elvin Abdullayev “Xoş gəlmisən” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib. 

Axşam.az-ın məlumatına görə, bəstənin sözləri və musiqisi Arzu Yahyayevaya, aranjimanı Eyyub Yahyayevə məxsusdur. Ekran işinin həlli rejissor Elvin Məmmədova həvalə olunub.

Klip sənətçinin "Youtube" kanalında yayımlanıb. Elvin bildirib ki, yay mövsümündə bir neçə ritmik mahnılar təqdim edəcək.



                   

Digər Xəbərlər