Leyla Əliyeva Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışında - Fotolar

Leyla Əliyeva Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışında - Fotolar
694 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 31-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

Axşam.az Azərtac-a istinadən xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB-ın) sədri Leyla Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan nümayəndə heyətinin üzvləri Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda şəhər sakinləri ilə görüşərək səmimi söhbət edib. Burada istirahət edən həştərxanlı uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub.

Sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın görüşü olub.

Daha sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

Əvvəlcə Leyla Əliyeva və mərasim iştirakçıları Mərkəzin həyətində ağac əkiblər. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsiblər.

Xatırladaq ki, Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi 2016-cı ildə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə keçirilmişdi. Həmin ildə Bakıda da Həştərxan Biznes Mərkəzinin təməli qoyulmuşdu.