Uşaqlar əyləncə vasitələrindən ödənişsiz istifadə ediblər - Fotolar

Uşaqlar əyləncə vasitələrindən ödənişsiz istifadə ediblər -  Fotolar
1334 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, aksiyada yaşı 16-dək olan uşaq və yeniyetmələr saat 10:00-dan 13:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə ediblər. Aksiyada ümumilikdə 25 minə yaxın uşaq park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əyləniblər.

Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Mirvari” gəzinti gəmisi azyaşlılara xidmət göstərib.