Bu da oldu - Öz avtomobilində dəfn edildi+Video

Bu da oldu - Öz avtomobilində dəfn edildi+Video
3565 dəfə oxunub
  • A-
  • A
  • A+
Çinin Şimalında yerləşən Hebei əyalətində maraqlı hadisə baş verib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Qi soyadlı bir kişi ölümündən öncə son vəsiyyətində öz sevimli avtomobilində torpağa tapşırılmasını vəsiyyət edib.

Mərhumun son vəsiyyətini yerinə yetirmək qərarına gələn qohumları onu gümüşü rəngli "Hyundai Sonata" markalı avtomobili ilə dəfn ediblər.

Qinin yaxınlarının sözlərinə görə, buna səbəb onun gənc yaşlarından avtomobilə olan sevgisidir.

Mərhumun meyiti avtomobilin salonuna yerləşdirildikdən sonra ekskavatorun köməkliyi ilə avtomobil məzara endirilib.