25 yaşlı “ARB Kəpəz”

25 yaşlı “ARB Kəpəz”
190 dəfə oxunub
  • A-
  • A
  • A+

“ARB Media Qrup”un tərkibinə daxil olan “ARB Kəpəz” televiziyasının fəaliyyətə başlamasından 25 il ötür.

Axşam.az xəbər verir ki, 1993-cü ilin yayında “Kəpəz” Gəncədən göstərməyə başlayıb. “ARB Kəpəz” bir çox ilkləri geridə qoyub.

Regionların sosial, siyasi, iqtisadi, mədəni və idman sahələrində baş verən ən son xəbərləri daha dolğun və daha operativ şəkildə çatdırılmasında “ARB Kəpəz”in xidməti əvəzsiz olub. Telekanalda Gəncədən, geniş miqyasda isə Qərb bölgəsindən xəbər hazırlanır. “Gəncə adlı səlnamə” tarixi və silsilə verilişinin istehsalı ilə ilk dəfə olaraq, qədim Gəncənin 44 məhəlləsinin dünəni, bu günü, keçdiyi tarixi yolun videoensiklopediyası hazırlanıb.

“ARB Kəpəz” Azərbaycanda avtomatlaşdırılmış teleyayıma keçməklə, daha bir ilkə imza atıb. Regionun ilk görünəni, “Kəpəz FM” radiosu ilə həm də ilk eşidiləni olub. Könüllü gənclərə “Master 1” və “Master 2” layihələri çərçivəsində televiziya dünyası ilə yaxından tanış olmaq, təcrübə keçmək və hətta işlə təmin olunmaq şansı verilib. Bu şansdan yararlananlar isə bu gün artıq əməkdaşlarımızdır.

“ARB Kəpəz” sadəcə televiziya olmayıb, eyni zamanda bu sahənin məktəbinə çevrilib.