Kərimi təhqir edən şəxslər polis idarəsində - Video

Kərimi təhqir edən şəxslər polis idarəsində -  Video
3633 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Kərim Abbasovun instaqram səhifəsi bağlanılıb.

Axşam.az-ın məlumatına görə, 100 mindən çox izləyicisi olan sənətçinin profili boş görünür.

Qeyd edək ki, bir müddət əvvəl Kərim izləyiciləri ilə qalmaqal yaşamışdı. Sənətçi onu təhqir edən istifadəçilərin fotolarını paylaşaraq onların ünvanına sərt sözlər yazmışdı. Kərim hər iki şəxsi polisə şikayət etmişdi. Həmin paylaşımdan sonra onun səhifəsinə çoxlu şikayətlər olunub.

Bu gün isə K.Abbasovu təhqir edən şəxslərin polis idarəsində çəkilən videosu yayılıb. "Show-news" səhifəsində paylaşılan videoda hər iki şəxsin sənətçidən üzr istəməsi görüntüsü yer alıb.