Azərbaycanlı aktyor beynəlxalq festivala gedir

Azərbaycanlı aktyor beynəlxalq festivala gedir
445 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı “Vidlunya” Beynəlxalq Monodram Festivalında təmsil olunacaq.

Teatrdan Axşam.az-a bildirilib ki, təşkilat komitəsinin dəvəti ilə teatrın aktyoru, əməkdar artist Şövqi Hüseynov iyunun 5-dən 16-dək Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçiriləcək teatr festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşada çıxış edəcək.

Festival çərçivəsində aktyor və rejissor sənətinə dair treninqlər, ustad dərsləri və tamaşaların müzakirələri keçiriləcək.

Qeyd edək ki, “Kontrabas” tamaşası bir çox beynəlxalq teatr festivallarında yüksək dərəcəli diplomlara layiq görülüb.