Beyonsun əri ilə seksual rəqsi müzakirəyə səbəb oldu - Fotolar

Beyonsun əri ilə seksual rəqsi müzakirəyə səbəb oldu - Fotolar
5471 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Beyons və reper əri Cey Zi dünya turuna çıxıblar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün turu Kardiffdən (Uelsin paytaxtı) başlayıb.

Səhnədə 4 dəfə geyim dəyişən Beyons rəqsləri və hərəkətləri ilə diqqət çəkib.

Onun əri ilə seksual rəqsi tamaşaçılar arasında müzakirələrə səbəb olub.

Bundan başqa, ötən ilin bu ayı Rumi və Suri adlı əkizləri dünyaya gətirən ifaçının biril sonra yenidən əvvəlki bədən quruluşuna qayıtması da diqqətdən yayınmayıb.

Qeyd edək ki, 36 yaşlı müğənni ilə 48 yaşlı reper in əkizlərindən başqa 6 yaşlı Blu Ayvi adlı qızları da var.