Elzanın yeni duet ortağı
Əməkdar artist Elza Seyidcahan gənc müğənni Vüsal Hacıyevlə duet oxuyub.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda ANS telekanalında yayımlanan “Şou biz” verilişinə açıqlamasında deyib. O, “Gülüm” adlı duetə klip çəkdirəcəklərini bildirib:
“2014-cü ildə bir çox mahnılar təqdim edəcəm. Onlar arasında “Məni atıb getmə”, “Paralandım”, “Üşüyorum”, “Son məktub” kimi yeni mahnılarım var. Sadaladıqlarım hazırda aranjimandadır. “Gülüm” adlı mahnını isə Vüsal Hacıyevlə duet oxumuşam. Onun klipi üzərində çalışırıq”.