Aktyora mükafat verildi

Aktyora mükafat verildi
768 dəfə oxunub
  • A-
  • A
  • A+

Musiqili teatrın 13 yaşlı aktyoru Rahib Məmmədzadə  Azərbaycan Könüllülər İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən "Azerbaijan Golden Kids Awards-2018" layihəsinin qalibi olub.

Axşam.az məlumat verir ki, Rahib teatr və kino sahəsində indiyə qədər qazandığı uğurlarına görə “Ən yaxşı teatr və kino aktyoru” nominasiyasının qalibi olub və diplomla təltif olunub. Bundan bir neçə il əvvəl isə azyaşlı aktyor teatr rəhbərliyinin hər mövsüm sonunda təşkil etdiyi mükafatlandırma mərasimində “Mövsümün ən yaxşı uşaq rolunun ifaçısı” diplomuna layiq görülmüşdü.