“Yeddi gözəl” baletindən “Vals” Mexikoda səsləndirildi

“Yeddi gözəl” baletindən “Vals” Mexikoda səsləndirildi
1060 dəfə oxunub
  • A-
  • A
  • A+

Mexikoda dünya şöhrətli dirijor və violonçel ifaçısı Dmitri Yablonskinin rəhbərliyi altında keçirilmiş konsertdə Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” əsəri səsləndirilib.

Mexiko şəhərində dünya şöhrətli dirijor və violonçel ifaçısı, Qəbələ şəhərində keçirilmiş IV Beynəlxalq Musiqi Festivalının bədii rəhbəri Dmitri Yablonskinin rəhbərliyi, maestronun anası, məşhur pianoçu Oksana Yablonskayanın solo ifası ilə Meksika Milli Muxtar Universitetinin (UNAM) simfonik orkestrinin konserti olub.
Böyük uğurla keçən konsert proqramına dünya klassik musiqisinə aid əsərlər daxil edilmiş, o cümlədən Qara Qarayevin “Yeddi gözəl” baletindən “Vals” əsəri səsləndirilib.

AzərTac