Xalq artistinin anım gecəsi keçirilib - Fotolar

Xalq artistinin anım gecəsi keçirilib -  Fotolar
1303 dəfə oxunub
  • A-
  • A
  • A+

Akademik Milli Dram Teatrında xalq artisti Sofa Bəsirzadənin 100 illik yubileyi münasibəti ilə anım tədbiri keçirilib.

Axşam.az-ın məlumatına görə, anım mərasimi Mədəniyyət Nazirliyinin, Azərbaycan Teatr Xadimləri İttifaqının, Akademik Milli Dram Teatrının və Dövlət Teatr Muzeyinin birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Sofa Bəsirzadənin milli teatr və kino sənətinin inkişafındakı xidmətlərindən danışılıb, onun rol aldığı səhnə və ekran əsərlərindən fotosərgi nümayiş olunub.

Akademik Milli Dram Teatrının bədii rəhbər Azər Paşa Nemətov S.Bəsirzadə ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycan teatrı və kinosunun inkişafındakı xidmətlərindən danışıb.

Xalq artistləri Hacı İsmayılov, Səidə Quliyeva və İlham Namiq Kamal onun haqqında geniş çıxış edib, xatirələrini
bölüşüblər. Daha sonra Sofa Bəsirzadənin xatirəsinə həsr olunan “Müfəttiş” tamaşası nümayiş olunub.