Hamıdan fərqli üsulla arıqlayıb təəccübləndirdi - Fotolar

Hamıdan fərqli üsulla arıqlayıb təəccübləndirdi - Fotolar
6095 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliyada yaşayan Tereza Venetoulis adlı qadın dəyişimi ilə dünyanın diqqətini çəkib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 2 uşaq anası çəkisinin təxminən yarısını itirərək hər kəsi təəccübləndirməyi bacarıb.

32 yaşlı qadın digər insanlardan fərqli olaraq arıqlayanda idmandan istifadə etməyib. Terezanın sözlərinə görə, 103 kiloqram çəkisinin yarısını yalnız dietlə ata bilib.

Hər iki ayda 15 kiloqram arıqlayan ana indi özünü daha rahat hiss etdiyini, övladlarının arxasınca rahat qaça bildiyini söyləyib.