Rusiyalı məşhurun başına Bakıda iş gəldi

Rusiyalı məşhurun başına Bakıda iş gəldi
1241 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın əməkdar artisti Alyona Apina Bakıda klip çəkdirib.

Axşam.az-ın məlumatına görə, “Давай так” adlanan mahnının ekran həlli azərbaycanlı rejissor Aslan Əhmədova həvalə olunub.

Apina bununla bağlı İnstaqram səhifəsində video yerləşdirib. Rejissorla zarafatlaşan ifaçı, ona “manyak” deyə, səslənib:

“Yorulmaq bilmir. Məni suda batırdı, az qala ilan məni sancmışdı. İstidə hansısa qayalıqlara saldı. Amma o, ən yaxşısıdır”.

Alyona daha sonra “Təşəkkür edirəm sənə Bakı. Bu şəhəri salanlar və burada yaşayanlara təşəkkürlər” deyə, sözlərinə əlavə edib.