Prezidentlər görüşdə bu yeməkləri yedilər

Prezidentlər görüşdə bu yeməkləri yedilər
1726 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə görüşüb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, prezidentlərin görüşü zamanı süfrəyə təqdim edilən təamlar insanların diqqətindən qaçmayıb. İngilis mediası görüş zamanı süfrəyə düzülən yeməklərin siyahısını yazıb. 

Belə ki, həmin görüşdə süfrəyə aşağıdakılar düzülüb: 

Kartof, brokkoli və qırmızı şərab sousu ilə təqdim olunan kotlet.

Donuz əti və özəl çili sousu ilə hazırlanmış yanqzou üsulu ilə qızardılan düyü.

"Daequ jorim" adlı, soya ilə bişirilmiş balıqla turp və Asiya tərəvəzləri yeməyi.

Avokado salatı ilə birgə təqdim olunan karides kokteyli.

Ballı, yaşıl limonlu sous və dəniz ulduzu ilə hazırlanan yaşıl manqo.

"Oiseon" adlı Koreya üsulu ilə hazırlanmış xiyar.