Əməkdar artist Cavanşir Məmmədov “Hər şey daxil” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, verilişdə kişi müğənnilərin dodaqlarına dolğu etdirməsi haqda danışılıb. Sənətçi mövzuya biganə qala bilməyib və bu sözləri deyib:
 
“Bilirisiniz nə üçündür? Tolik, üstüörtülü danışırlar. Öpüşmək üçündür. "Mus-mus" deyincə, "Mustafanı" deyin. Hamı bilir nə var, nə yox”.

Efir zamanı bu sözləri deyərkən C.Məmmədovun mikrofonunu bağlayıblar. daha sonra isə jurnalist Tahirə Məmmədqızı müğənninin sözlərini təkrarlayaraq "Deyirsiz, öpüşmək üçün edirlər" söyləyib.



                 

Digər Xəbərlər