Bunu etsələr maşın əllərindən alınacaq

Bunu etsələr maşın əllərindən alınacaq
10917 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Murad Dadaşov "Maşın" şou ilə bağlı yayılan bəzi xəbərlərə cavab verib.

Axşam.az-ın məlumatına görə, şoumen Roza Zərgərlinin Uran və Hüseyn Əzizoğlu ilə işbirliyi qurması xəbərlərinə aydınlıq gətirib:

"Guya, Roza Zərgərli Uran və Hüseynlə danışıb və maliyyə təklif edib. Deyib ki, sonda üçlükdə biz qalanda Hüseyn sənə nə lazımdı? Əlini çəkərsən, sonra da Uran. Siz təmin olunacaqsınız. Qalib olaraq bir jest edəcəm. Bütün xalqın xatirələrində Roza Zərgərli kimi xeyirxah, mələk kimi qalacam.
 
Əlimizdə buradakı iştirakçıların bizimlə imzaladığı müqavilə var. Bunun əsasında bizdə məlumat olsa ki, hansısa bir maliyyə danışıqları olubsa, oyuna pozuntu gətirəcək hal varsa, nəticə ləğv olunacaq. Avtomobil əlinizdən alınacaq və əziyyətiniz yerdə qalacaq. Bunu sübut etmək çox asandır".