“Xəbəri hamı ağlaya-ağlaya qarşıladı” - Könül Kərimova

“Xəbəri hamı ağlaya-ağlaya qarşıladı” -  Könül Kərimova
12199 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB Ulduz-un “Şou məkan” verilişinin növbəti qonağı əməkdar artist Könül Kərimova olub.

Axşam.az-ın məlumatına görə, sənətçi ötən ay “Əməkdar artist” fəxri adına layiq görülməsi haqda danışıb:

“Uzun illərdir ki, gözləyirdim. Qismət bu günə imiş. Hərdən özümə deyirəm ki, elə ona görə bu ad mənim üçün bu qədər şirinləşdi, dəyəri artdı. Bir şeyi ki illərlə gözləyirsən, bax, o, sənə bir o qədər dəyərli, əziz olur. İllərdir, çəkdiyin əziyyətin bəhrəsini gördükdən sonra, onu necə adi qarşılamaq olar? İnanın, deyirdim ki, sevincdən adamın ürəyi partlayar. Bu ad mənə hər şeydən əzizdir. “Əməkdar artist” adı mənə ən böyük titullardan əzizdir”.

İlk dəfə həmkarı Nüşabə Ələsgərlinin təbrikini eşitiyini deyən K.Kərimova qorxu və həyəcan keçirdiyini etiraf edib:

“Günorta idi. Telefon səssizdə qalmışdı. Ancaq hiss edirdim ki, zəng gəlir. Telefona baxdım. Sözün düzü, bir az qorxdum, narahat oldum. Bu qədər insan ardı-arası kəsilmədən mənə zəng edib. Zəng edənlərin siyahısına baxdım ki, qoy, görüm birinci kim yığıb. Baxdım ki, Nüşabə Ələsgərli. Fikirləşdim Nüşabə mənə pis xəbər deməz. Ona zəng vurdum. Çox yüksək tonla, qışqıra-qışqıra təbrik etdi. Xəbəri eşidəndə donub qalmışdım.

Baxıram ki, özümüzünkülərdən heç kəs yoxdur. Nə anam, nə bacım, nə qardaşım, nə oğlum, nə qızım... Deyirəm, ay Allah, bunlar hardadır görəsən? Ona görə ağlım yüz yerə getdi. İraq olsun, bəlkə, nəsə hadisə var, mənim xəbərim yoxdur. Niyə yatırlar, xəbərləri yoxdur. Ağlaya-ağlaya qardaşımı yığdım. Bilirdim ki, o məndən də çox gözləyirdi bu xəbəri. O uşağı da orada qorxutdum. Qışqırdı ki, nə olub? Dedim, mənə ad veriblər. Anam da rayonda. Hamı ağlaşır. Bu xəbəri gülə-gülə qarşılayan yoxdur da, hamı ağlayır”.