Aytəndən geyimini qınayanlara cavab: "Dəb sərgisinə getməmişdim"

Aytəndən geyimini qınayanlara cavab:  "Dəb sərgisinə getməmişdim"
6139 dəfə oxunub
  • A-
  • A
  • A+

Aparıcı Aytən Səfərova “Maşın” şounun ən qalmaqallı iştirakçılarından biri idi.

Axşam.az-ın məlumatına görə, oyunda yer aldığı müddətdə aparıcının çıxışları ilə yanaşı geyimi də müzakirələrə səbəb olub. Hər kəs onun veriliş başlayandan eyni libasları təkrar geyindiyini bildirib.

Səfərova bu tənqidlərə cavab verib:

“Bəziləri məni bir paltarı bir neçə dəfə geyindiyim üçün qınayırdı. Mən ora dəb sərgisinə, əyin-başımı göstərmək, sponsorların gözünə girmək üçün getməmişdim. Nəyim var idi, onu da geyindim. Siz eyni paltarı bir neçə dəfə geyinmirsiniz?”.