Sevda uşaqlarının dayəsinin pulunu ödəməyib

Sevda uşaqlarının dayəsinin pulunu ödəməyib
4280 dəfə oxunub
  • A-
  • A
  • A+

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) müğənni Sevda Sanəliyeva haqda efirdə gözlənilməz açıqlama verib. 

Axşam.az-ın məlumatına görə, Tolik "Hər şey daxil" verilişində bildirib ki, sənətçi evində işlətdiyi dayənin pulunu verməyib:

“İstəyirəm müğənnilər bir az diqqətli olsun. Üç-dörd gün əvvəl mənə bir xanım zəng edib dedi ki, Sevda Sanəliyevanın ona borcu var. Dedi ki, imkansız ailəm, iki uşağım var, xəstə anamı saxlayıram. Uşaqlarımı qoyub gedib onun övladlarına gecə 2-yə kimi baxmışam. Amma sonra pulumu ödəməyib”.

Günel adlı xanım daha sonra efirə zəng edərək Sevdanın onu aldatdığını söyləyib:

“Hər yerdə danışır, dayələrdən şikayət edir. 10 gün onun evində çalışmışam. Dayə axtardığını dedilər, mən də getdim. Əvvəl 1 ay üçün 350 manat verəcəyini dedi, amma razılaşmadım. Sonra 400 dedi, başladım işə. 10 gün çalışandan sonra işləmək istəmədim. Bir gün zəng vurdu ki, xahiş edirəm gəl uşağıma bax, axşam da yoldaşım gəlib pulunu verəcək. Amma vermədi. Sonra da neçə dəfə dedim pulumu ver, qayıtdı ki, imkanım yoxdur. Ehtiyaclarım var, xəstə anama baxıram".
 
Verilişdə qonaq olan müğənni Nadir Qafarzadə Güneli "Xəzər" telekanalına dəvət edib və Sevdanın borcunu özünün ödəyəcəyini deyib.