Boşanan Coli ilə Pittin məhkəməsi olub

Boşanan Coli ilə Pittin məhkəməsi olub
657 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddət əvvəl Bret Pitt və Ancelina Coli cütlüyü boşanma prosesslərinin gizli keçəcəyini bəyan etmişdi.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bu həftə cütlüyün məhkəməsi baş tutub. Aktrisanın rəsmi təmsilçisi məhkəmə zalında çıxış edib və istəklərini təqdim edib.

Coli ayrılma qərarı verdiyi gündən övladlarının sağlamlığının onun üçün önəmli olduğunu bildirib. Buna görə də məhkəmə prosesinin sakit, heç kimə zərər verməyəcək formada keçməsi üçün çalışdığını söyləyib.

Məhkəmə Bred Pittin tərəfini tutub və onun övladları ilə əlaqə saxlamağa haqqı olduğunu söyləyib. Bunun üçün Pitt Ancelinadan icazə almalı deyil. Məhkəmə qərar verib ki, ataları ilə az əlaqə qurmaq uşaqların psixologiyasına mənfi təsir edib.