Ağız qoxusunu dərhal aradan qaldıran asan üsul

Ağız qoxusunu dərhal aradan qaldıran asan üsul
7513 dəfə oxunub
  • A-
  • A
  • A+
Oruc tutan insanlar adətən ağız qoxusundan şikayət edirlər.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, professor İbrahim Saraçoğlu ağız qoxusunun qarşısını alan asan üsul təqdim edir:

Ərzaqlar:

- Bir çay qaşığı adaçayı;

- Bir stəkan su.

Hazırlanması və istifadəsi:

1. Suyu qaynadın. Adaçayını qaynamış suyun içərisinə ataraq 15 dəqiqə ərzində dəmlənməsini gözləyin.

2. Ağız qoxusunun qarşısını alan bu çay ilə imsakdan sonra bir dəfə qarqara etmək lazımdır. Adi günlərdə isə bir ay müddətində, hər axşam və günorta yeməyindən sonra bir stəkan bu çaydan içə bilərsiniz.

Çayı 48 saatdan çox saxlamaq olmaz.