Ramazan ayının son gününün duası - İmsak vaxtı

Ramazan ayının son gününün duası - İmsak vaxtı
3207 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabah müqəddəs Ramazan ayının son – otuzuncu günüdür.

Axşam.az Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, iyunun 15-də Bakıda imsak saat 03:18-dədir.

30-cu günün duası:

“Allahumməc-əl siyami fihi biş-şukri vəl-qəbul. Əla ma tərzahu və yərzahur-Rəsul. Muhkəmətən furuuhu bil-usul. Bihəqqi seyyidina Muhəmmədin və alihit-tahirin. Vəl-həmdu lillahi rəbil-aləmin”.

Tərcüməsi:

“İlahi, bu gün mənim orucumu şükrlü və qəbul olunmuş qərar ver, öz bəyəndiyin və Peyğəmbərinin bəyəndiyi oruclardan et! Elə oruclardan ki, xırdalıqları da əsas iman prinsiplərinə əsaslansın. Səni and verirəm ağamız Muhəmmədə və pak nəslinə. Aləmlərin rəbbi olan Allaha həmd olsun”.