İyunun 14-də Moskvadakı “Lujniki” stadionunda futbol üzrə növbəti dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Qeyd edək ki, iyirmiyə yaxın ölkənin dövlət və hökumət başçılarının da qatıldığı açılış mərasimində Rusiya prezidenti Vladimir Putin və FİFA prezidenti Canni İnfantino çıxış ediblər.
 

Açılış şousunda isə britaniyalı müğənni Robbi Uilyams, rusiyalı dünyaca məşhur opera müğənnisi Aida Qarifullina və məşhur braziliyalı futbolçu Ronaldo Luis Naza Rio de Lima tamaşaçılar qarşısında çıxış ediblər.

Otuz iki ölkənin yığma komandalarının mübarizə apardığı budəfəki futbol üzrə dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək. Çempionat Rusiyanın 11 şəhərinin 12 stadionunda keçiriləcək.

Xatırladaq ki, açılış mərasimini “Lujniki” stadionunda 80 min, televiziya ilə birbaşa yayımla isə təqribən 1 milyard nəfərə qədər tamaşaçı izləyib.





                   

Digər Xəbərlər