Bu gün Azərbaycanda 2 bayram qeyd olunur

Bu gün Azərbaycanda 2 bayram qeyd olunur
1157 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Azərbaycanda Ramazan və Qurtuluş Günü qeyd olunur.

Axşam.az-ın məlumatına görə,  Ramazanla bağlı bayram namazları iyunun 15-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində qılınacaq.

QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin Təzə Pir məscidində bayram namazına qatılacağı gözlənilir.

Qeyd edək ki, Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu, Azərbaycan dövlətçiliyi yox olmaq təhlükəsindən qurtuldu.

1997-ci ildə millət vəkilləri 15 iyun tarixinin təqvimə Azərbaycanın Milli Qurtuluş Günü kimi salınması təklifi ilə çıxış etdilər və Milli Məclis bu təklifi bəyəndi. O vaxtdan Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı Milli Qurtuluş Günü kimi qeyd edilir.

Xatırladaq ki, bu il Ramazan bayramı və Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü eyni günə təsadüf etdiyindən 5 gün qeyri-iş günü olacaq. Ayın 20-dən isə iş günü elan edilib.