"Səviyyədən danışmasınlar" - Brilliant Dadaşovadan müğənnilərə irad

"Səviyyədən danışmasınlar" -  Brilliant Dadaşovadan müğənnilərə irad
1992 dəfə oxunub
  • A-
  • A
  • A+

ARB TV-nin “Səhər-səhər” verilişinin növbəti qonağı xalq artisti Brilliant Dadaşova olub.

Axşam.az-ın məlumatına görə, müğənni bildirib ki, restoranda yox, toy səhnəsində oxumağa üstünlük verir:

“İlk addımlarımı atan gündən restorana gedib heç vaxt oxumazdım. Amma toyda oxuyardım. Nəyə görə? Çünki hər birimiz əzizimizə toy edəndə, ən sevdiyimiz insanları dəvət edirik. Amma mən belə fikirləşirəm ki, restorana küçədən keçən hamı girə bilir və orada bilinməyən bir kütlə əmələ gəlir. Amma toyda isə qohumlarımızdır. Ona görə fikirləşirəm ki, toyda səhnəyə çıxanda müğənni orada bir atmosfer, səviyyə yaratmağı bacarmalıdır. Oxusunlar, çörək puludur, qazansınlar. Amma səviyyədən və sənətdən danışmasınlar”.