Günay bu dəfə “Kaderinle barış” dedi

Günay bu dəfə “Kaderinle barış” dedi
988 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Günay İbrahimli yeni layihəsini təqdim edib.

Axşam.az xəbər verir ki, sənətçi musiqisi xalq artisti Aygün Səmədzadəyə, sözləri Fidan Cəbiyevaya məxsus “Kaderinle barış” mahnısını videorolik şəklində dinləyicilərin ixtiyarına verib. Bəstə bu gün G. İbrahimlinin rəsmi “Youtube” səhifəsində yayımlanıb.

Günay layihə barəsində qısa açıqlama verib:

“Əsəri videorolik şəklində təqdim etmək istədim. Müəllif Aygün Səmədzadənin “Yaşıl teatr”dakı konsertinə hazırlıq proseslərini lentə aldıq, maraqlı bir iş ortaya gətirməyə çalışdıq. İnanıram ki, bu bəstə mənim yaradıcılığımda mühüm yer tutacaq. Bundan əlavə, video üzərində gənc komanda çalışıb. Onların da istedadının üzə çıxmağında bir növ rolum oldu. Videonun müəllifi Nuran Məmmədovdur. Hər kəsə xoş dinləmələr”.