Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, əməkdar artist Şövqi Hüseynov festivala qatılıb.

Axşam.az-ın məlumatına görə, o, “Vidlunya” Beynəlxalq Monodram Festivalı təşkilat komitəsinin dəvəti ilə Ukraynanın Xmelnitski və Çerniqov şəhərlərində keçirilən iyirminci “Vidlunya” Beynəlxalq Monodram Teatr Festivalında P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edib. Azərbaycanlı aktyor festivalın “Ən yaxşı səhnə həlli və aktyor oyunu” nominasiyasında diploma layiq görülüb.

Ş.Hüseynov bildirib ki, festivalda Qırğızıstan, Kosovo, Ukrayna, Moldova, Polşa, İsrail və digər ölkələr iştirak edib:

“Festival çərçivəsində hər gün iki tamaşa nümayiş olunub və tamaşalardan sonra görkəmli teatr xadimlərindən ibarət heyət hər bir tamaşanın müzakirəsini və təhlilini aparıb. Festivalda yerlər olmadığı üçün sadəcə nominasiyalar üzrə diplomlar təqdim edilirdi. Ukraynanın telekanallarında festival haqqında geniş reportajlar verilib və bu reportajlarda Azərbaycan haqqında süjetlər təqdim olunub”.



                   

Digər Xəbərlər