Murad və Tuba 11 il sonra yenidən bir arada - Video

Murad və Tuba 11 il sonra yenidən bir arada - Video
7735 dəfə oxunub
  • A-
  • A
  • A+
2007-ci ildə "Asi" serialında baş rolları paylaşan aktyor Murad Yıldırım və aktrisa Tuba Büyüküstün yenidən bir araya gələcək.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni ekran işi üçün Murad artıq razılığını verib. Tubanın da "Hə" cavabı verəcəyi deyilən serialın yaxın vaxtlarda çəkilişinə başlanacağı bildirilir.

Qeyd edək ki, 11 il öncə çəkilən "Asi" böyük tamaşaçı kütləsi toplamışdı. Ekran işi nəinki Türkiyə, eyni zamanda, Qazaxıstan, Makedoniya, Özbəkistan, Kosova, Azərbaycan, Rumıniya, Ukrayna kimi ölkələrdə yayımlanmışdı.