Çempionatı izləyən aktyor həyəcandan öldü

Çempionatı izləyən aktyor həyəcandan öldü
5068 dəfə oxunub
  • A-
  • A
  • A+

Misirin tanınmış aktyoru Mahir Essam 38 yaşında dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, gənc aktyor Dünya Çempionatında Misir-Uruqvay qarşılaşmasını izləyən zaman beyninə qan sızıb.

Belə ki, evdə çempionatı izləyən Mahir Misirin 1-0 məğlub olmasına dözməyərək stress keçirib.

5 yaşından filmlərə çəkilən və "Zoqaq El Madaa" ekran işi ilə şöhrət qazanan Essamın bundan əvvəl bir dəfə də beyin qanaması keçirdiyi bildirilir.