Manaf Ağayev övladını evləndirmək istəyir
Müğənni Manaf Ağayev Yeni il arzularını açıqlayıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “İncə sənət” verilişində övladlarını evləndirmək istədiyini bildirib:
“Yeni ildə hara getsəm, ailəm də yanımda olacaq. Bayramı onlarsız keçirməyim mümkün deyil. Bu yeni ildə övladımı evləndirim, nəvələrimi görüm”.
Sənətindən danışan M. Ağayev özünü toy müğənnisi adlandırıb:
“Məni şou-biznes maraqlandırmır. Bütün fikrimi toy biznesimə yönəldirəm: mahnılar yazdırım, toylarımı idarə edim. Qalmaqallara baş qoşmuram. Amma ünvanıma kimsə nəsə desə, cavab verməliyəm, yoxsa ürəyim partlayar”.