Ceyhun Elzanın fotosunu yandırdı

Ceyhun Elzanın fotosunu yandırdı
3408 dəfə oxunub
  • A-
  • A
  • A+

"ATV maqazin onlarla" verilişinin "Hit-parad" rubrikasının növbəti qonağı müğənni Ceyhun Əliyev olub.

Axşam.az-ın məlumatına görə, sənətçi əməkdar artist Elza Seyidcahanın şəklini yandırıb və haqqında sərt fikirlər səsləndirib:

“İlhamə Quliyeva sizin haqqınızda nə qədər gözəl danışırdısa, bəzən də elə sözlər deyirdi ki, şəxsən mən özüm travma alırdım o sözlərdən. Bu aqressiyanız rəhmətliyin dövründən qalıb. Keçən dəfə baxdım siz Damlanın şəklini cırdınız, çox təsirləndim. O qıza qarşı zərbəniz məni tamaşaçı kimi sarsıtdı. Mən indi sizin şəklinizi yandırsam, ekran qarşısında necə təsirlənəcəksiniz. Sizin şəklinizi yandıracam. Bu gündən sonra “Hit-parad”a gələn ifaçılara bu nümunə olsun. Dərs olsun ki, sənətçi sənətçini bu dərəcədə aşağı salmaz. Görüm bu sizə necə təsir edəcək. Mənə yaraşmır, amma bunu etməliyəm. Bu tüsü çox sobalardan çıxacaq. Və hər kəs öz yerini bilsin. Məncə siz də bundan sonra şəkil cırmazsınız. Elza xanımın sənətinə, şəxsiyyətinə, yazdığı mahnılara deyildi bu addım. Onun etdiyinə cavab idi”.