"Möhtəşəm yüz il"in aktyoruna 45 il həbs istənildi

"Möhtəşəm yüz il"in aktyoruna 45 il həbs istənildi
4048 dəfə oxunub
  • A-
  • A
  • A+

3 ay öncə narkotik maddə alveri ilə məşğul olduğu üçün qardaşları Əhməd Koç, Mehmet Hayri Koç ilə birgə saxlanılan aktyor Adnan Koçun ilk məhkəməsi baş tutub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “cinayət dəlillərini gizlətmək, yox etmək üçün ictimai vəzifəli şəxsləri qəsdən öldürməyə cəhd”, "ictimai vəzifəli şəxsləri açıq təhqir", ictimai məmuru tutmaq üçün müqavimət göstərmə", “lisenziyasız silah daşıma”, “narkotik maddə alveri ilə məşğul olma” kimi iddialarla aktyora 45 il, 3 ay, 15 gün həbs cəzası istənilib.

Adnan və qardaşları onlara qarşı deyilən iddiaları qəbul etməyib. Koç narkotik maddəni yalnız çəkmək üçün aldığını bildirib.

Qeyd edək ki, bu ilin martında Türkiyədə narkotiklə mübarizə şöbəsinin əməkdaşları bir əməliyyat keçirib. Narkotik maddə satan Sinan adlı şəxs "Möhtəşəm yüz il" serialının “Behram Paşası”, Adnan Koçun onlardan mal aldığını bildirib.  Adnan polislər tərəfindən izlənməyə başlanılıb. Bir kafedə oturan Koça polislər yaxınlaşıb. Aktyor, iki qardaşı və dostları polislər tərəfindən şöbəyə aparılıb. Onun narkotik maddə alveri ilə məşğul olduğu ortaya çıxıb.