Xalq artisti Brilliant Dadaşova bu gün media nümayəndələri ilə görüşüb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Məni axtar darıxanda” mahnısına çəkdirdiyi klipini təqdim edib. Təqdimata bir sıra şou-biznes nümayəndələri də qatılıb.

Sözləri İlqar Fəhmi, musiqisi Aydın Sani Süleyman, rejissoru Ceyhun Kərimov olan ekran işi bəyənilib. Mahnını ifaçı Rəsul Əfəndiyevlə duet şəklində oxuyub.

B.Dadaşova ona ünvanlanan sualları cavablandırıb. O, “Mahnınızın meyxana üslubunda yazılması sizi narahat etmir ki” sualına belə aydınlıq gətirib:

“Bilmirəm mahnı hansı üslubda yazılıb. Əsas odur ki, mahnının xarakterini tapa biləsən. Sani də mahnının xarakterini tapıb. Həm siz meyxananı bu cür kiçiltməyin. Meyxana bədahətən söylənən şeirdir. Meyxana deyəndə Əliağa Vahid yada düşür. Onu kiçiltmək olmaz”.

Sənətçi “Deyirlər, müğənni toyda yetişir, buna münasibətiniz” sualına isə belə cavab verib:

“Əsl müğənni toyda yetişmir. Amma Alla Puqaçova, Meray Keri kimi ifaçılar da toyda oxuyur. Toyda oxumaq ayıb deyil. Mən də toya gedirəm. Bəstəkar mahnılarını da toyda ifa edənlərdən biriyəm. Orada da da eyni tamaşaçıdır. Hətta orada daha çox məsuliyyət var. Çünki toy adamları yeyib-içirlər, səninlə birgə mahnı ifa edirlər, amma konsertdə sakit otururlar. 5-6 saat toy idarə etmək üçün təcrübə, səs olmalıdır”.

Foto: İlqam CƏBİYEV

 
 
 
 
 
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər