“Yeni və köhnə işimə qayıtdım... Hər şey yaxşıdır, yeni layihələrə hazırlaşırıq. Bu yay çox gərgin olacaq. Mənə etimad göstəriblərsə, komandamla birləşib musiqili-əyləncəli bir layihələr təqdim edəcəyik”.

Bu sözləri Axşam.az-a açıqlamasında aparıcı, bədii əyləncə və musiqi verilişləri departamentinin rəhbəri Leyla Quliyeva deyib.

O, yeni işindən, İctimai kanalda edəcəyi yeniliklərdən danışıb. L.Quliyeva "Tamaşaçılar sizi yenidən İTV-də aparıcı kimi görə biləcək" sualına belə cavab verib:

“Əlbəttə... Canla-başla edəcəm. Beynimdə olan layihələrimi köhnə həmkarlarımla birlikdə reallaşdıracağıq. Peşəkar kadrların öz yeri var, amma bacarıqlı işçilər də gətirəcəyik.  

Sırf yeni verilişlərimiz də olacaq. Tamaşaçıların sevdiyi proqramları da yeni formatda görəcəksiniz”.

 
 
 
 
 


                 

Digər Xəbərlər