Yay tətilinə yollanan məşhur ulduz Melani Qriffit dostları ilə birlikdə Sardinyada dincəlir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, paparassilər yaxtada olan aktrisanı görüntüləyə biliblər. 

Antoniya Banderasın keçmiş arvadı günəş vannası qəbul edib, dənizdə üzür.

60 yaşlı Melaninin çimərlik geyimindəki fotoları müzakirələrə səbəb olub. Aktrisa qara, örtülü çimərlik geyimindən istifadə etsə də, ideal bədən quruluşu diqqətdən qaçmayıb. Qriffit hər gün idman etdiyini, pəhriz saxladığını və bu yolla formada qala bildiyini deyib.

 
 
 
 
 


                 

Digər Xəbərlər