Türkiyəli idmançı Taylan Muharrem həyat hekayəsi ilə gündəm olub.

Axşam.az-ın “Haberler”ə istinadən məlumatına görə, 3 il əvvəl ağır motosiklet qəzasına düşən və həkimlərin “Yaşama şansın çox azdır” dediyi Taylan bodibildinq üzrə dünya üçüncüsü olub.

Muharremin sözlərinə görə, qarşısına qoyduğu məqsəd onun ayağa qalxmağına səbəb olub:

"Çox ağır qəza keçirdim. Həkimlər “Yaşamayacaqsan” dedilər. Daha sonra ayağımın birinin kəsiləcəyini söylədilər. Bir il yataqda yatdım. Sonra yavaş-yavaş idmana qayıtdım. İdman mənə yaxşı təsir etdi. Sağlam qidalanma və idmanla qarşıma məqsəd qoydum və ona çatdım”.



                 

Digər Xəbərlər