Ev şəraitində dərinizi belə cavanlaşdırın

Ev şəraitində dərinizi belə cavanlaşdırın
3188 dəfə oxunub
  • A-
  • A
  • A+

İlin bütün fəslində üz dərisi baxım tələb edir. Yay fəslində günəş şüalarından qorunma üçün isə bu daha vacibdir.

Axşam.az xarici KİV-ə istinadən ev şəraitində asan hazırlanan maskalar təqdim edir:

Yulaf və limon şirəsi maskası:

2 xörək qaşığı bişmiş yulafı püre halına gələnə qədər əzin və 1 xörək qaşığı limon şirəsi əlavə edib qarışdırın. Üzünüzə sürpüb 25 dəqiqə saxlayın. Yuduqdan sonra üzünüzə nəmləndirici krem sürtün.

Portağal maskası:

Portağal qabışını qurudub, un halına gətirin. Sonra ona azca süd əlavə edin və krem halına gələnə qədər qarışdırın. Üzünüzə sürtün, quruduqdan sonra yuyun.

Quru süddən hazırlanan maska:

1 xörək qaşığı bal, limon şirəsi və quru südü qarışdırın. Üzə sürtüb 10 dəqiqə saxladıqdan sonra yuyun.