Həkimlər xəstəliyinə çarə tapa bilmədi - Həyatını santexniklər qurtardı

Həkimlər xəstəliyinə çarə tapa bilmədi - Həyatını santexniklər qurtardı
8285 dəfə oxunub
  • A-
  • A
  • A+
Hindistanda Keti Vilson adlı qadının başına qəribə hadisə gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 41 yaşlı Keti illərdir baş gicəllənmə, baş ağrıları, sümük ağrılarından əziyyət çəkib.

Bir neçə il həkim nəzarətində olan və dərmanlar qəbul edən Vilsonun dərdini santexniklər tapıb.

Belə ki, bir gün hamamda su qızdırıcı aparatı dəyişən ustalar ondan qaz sızdığını görür. Məlum olur ki, aparatdan uzun illər qaz sızıb və bundan xəbərsiz olan Keti zəhərlənib.

Su qızdırıcı aparat dəyişdirildikdən sonra özünü yaxşı hiss edən qadın santexniklərə təşəkkürünü bildirib.