“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” – Əli Mirəliyev

“Oğlum yaxşı kişi olsaydı, arvadı qaçmazdı” –  Əli Mirəliyev
4433 dəfə oxunub
  • A-
  • A
  • A+

“Əgər ana uşağını tərk edib gedirsə o kimə bağlanmalıdır? Nənəyə, babaya. 12-13 yaşından tərk edib gedib. Amma hansı ana balasını qoyub gedə bilər? Heç olmasa arada gəl gör, axı sən onu 9 ay bətnində gəzdirmisən?”.
 
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Əli Mirəliyev ARB TV-nin “Səhər-Səhər” verilişində deyib. İfaçı nəvəsini efirə gətirib. O, gəlinin evdən getməsindən, uşağını görməyə gəlməməsindən danışıb:

"Bütün dünyanı gəzir. İş adamıdır, işləyir, yaxşı da işi var. Qəyyumluq üçün sənəd lazım olub, nənəsi anasına zəng edib deyib ki, gəl sənəd üçün lazımsan. Heç görüşməyib uşaqla da, baxıb çıxıb gedib. Uşağın günahı Əli Mirəliyev olmasıdır.

Mənim oğlum da günahkardır. Hansı arvad evdən qaçar? Pis kişidən qaçar da. Mən bunu da deyirəm. Deməli mənim oğlum işini düzgün qurmayıb. Evdən çıxıb paltarlarını, uşağa alınan bahalı telefonu da verməyib ona. İldən çoxdur ki, uşaqdan imtina edib. Atası, anası qızlarına deyir ki, sən özün gəl, amma o uşağı gətirmə. Heç yeməy də vermirdilər buna”.