Nazir Qəbələdə vətəndaşlarla görüşdü - Fotolar

Nazir Qəbələdə vətəndaşlarla görüşdü -  Fotolar
435 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət naziri Əbülfəs Qarayevin vətəndaşlarla növbəti görüşü Qəbələ şəhərində gerçəkləşib.

Axşam.az xəbər verir ki, nazir Qəbələ şəhər Mədəniyyət Mərkəzində Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarının sakinlərini qəbul edib.

Görüşdən öncə Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib. Nazir Mədəniyyət Mərkəzi ilə tanış olub. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətləri səslənib.

Şamaxı sakinləri mədəniyyət işçilərinə fəxri adların və mükafatların verilməsi, tarixi abidələrin restavrasiya olunması, Şamaxı Dövlət Rəsm Qalereyası üçün binanın tikilməsi və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırıblar.