"Təcili Almaniyaya həkimə getməliyəm" - Hacı Nuran

"Təcili Almaniyaya həkimə getməliyəm" -  Hacı Nuran
4795 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəbər verdiyimiz kimi, aparıcı Hacı Nuran Hüseynov yenidən xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, aparıcının ağciyərində şiş tapılıb. Əməkdaşımızla söhbətində Hacı Nuran bildirib ki, təcili Almaniyaya getməlidir:

"Analizlərimin cavabı gəldi, heç də yaxşı deyil. Yeni bir şiş tapılıb. Bazar günü axşam Almaniyaya gedirəm. Birinci gün təcili həkimdə olmalıyam. İnşallah, yaxşı olacam".