Əri onu aparıcıya yaraşdırmayan izləyiciyə sərt cavab verdi - Fotolar

Əri onu aparıcıya yaraşdırmayan izləyiciyə sərt cavab verdi - Fotolar
5875 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyənin məşhur aparıcısı Esra Erol həyat yoldaşı, iş adamı Ali Özbir və iki oğlu ilə çəkilmiş şəklini sosial mediada yerləşdirib.

Axşam.az-ın “Haberler”ə istinadən məlumatına görə, fotonu görən izləyicilərdən biri altına “Esra, bu adamı gözübağlayıcı oyunu oynayanda tapmısan?” şərhi yazıb.

Şərhi görən Ali onu Erola yaraşdırmayan izləyiciyə sərt cavab verib. O, cavabında belə yazıb:

“De görək, sənin həyat yoldaşın səni necə tapıb?”

Qeyd edək ki, cütlük 2010-cu ildə esranın aparıcısı olduğu evlilik verilişində ailə qurub. Onların İdris Ali Özbir və Ömər Erol Özbir adında iki dənə oğlu var.