Çloe təngə gəldi: "Utanıram, bəsdirin"

Çloe təngə gəldi: "Utanıram, bəsdirin"
6574 dəfə oxunub
  • A-
  • A
  • A+

Serdar Ortaçın arvadı Çloe Louqhnan hamilə olub-olmaması ilə bağlı sualları cavablandırıb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Çloe bununla bağlı söhbətlərin onu əsəbiləşdirdiyini deyib:

"6 ildir bir yerdəyik, hələ də mənə "Serdarı sevirsiniz" sualı verilir. O, mənim təkcə ərim yox, həm də yaxın dostumdur. İki il münasibət, 4 il evlilik həyatımız var. Artıq hamiləliklə bağlı suallardan yoruldum. Nəzərdən çox qorxuram. Bu haqda danışılmasını istəmirəm. Mənim bədənim, mənim həyatımdır. İstədiyim vaxt edərəm.

Öz ölkəmdə heç kim bu haqda sual vermir. Amma Türkiyədə hamı "Uşaq dünyaya gətirəcəksən" sualını ünvanlayır. Tanımadığım insanlar belə, "Niyə ərinə uşaq vermirsən" deyir. Utanıram, bunlara öyrəşmədim. Bu, mənim özəl həyatım. Allah bilən məsləhətdir, bunun tarixi olmaz".