Azəri qızı Günel Bakıya gəldi

Azəri qızı Günel Bakıya gəldi
2798 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalova Bakıya gəlib.

Axşam.az xəbər verir ki, iki gün sonra onun nişanlısı İnanc Basaymenin da vətənimizə təşrif buyuracağı gözlənilir.
 
Yeni il ərəfəsində Azərbaycana gələn Azəri qızı Günel elə bayramı da burada qeyd edəcək. Bakıda axşam saatlarında olmasına baxmayaraq, Günel “Möhtəşəm maşın” realiti-şousuna qatılıb. Bir mahnı ifa edən müğənni çox yorğun olduğunu və şoumen Murad Dadaşovun istəyilə bu vəziyyətdə belə verilişə gəlməkdən imtina etmədiyini söyləyib. O, həmçinin qeyd edib ki, belə şouda bir şərtlə iştirak edə bilər:

“Əgər verilişə qatıldığım müddətdə İnstaqram, Tvitter kimi sosial şəbəkələrə daxil olmağa icazə verilsəydi, maşının ətrafında dayanıb iştirakçı qismində çıxış edə bilərdim”. 

Qeyd edək ki, Günel Zeynalovanın Türkiyəyə nə zaman dönəcəyi hələ ki, məlum deyil.