“Edam günü” Barselonada qalib oldu

“Edam günü” Barselonada qalib oldu
409 dəfə oxunub
  • A-
  • A
  • A+

Cəlaləddin Qasımovun “Edam günü” bədii filmi Barselona Beynəlxalq Film Festivalında “Ən yaxşı” nominasiyasının qalibi olub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, bu haqda filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov deyib:

“Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq. Əslində film 2016-cı ildə çəkilib. Mən 2018-ci ildə filmin bəzi yerlərini yenidən işlədim, hətta yeni fraqmentlər əlavə elədim və onu festivala təqdim etdim”.

“Edam günü” psixoloji trillerində hadisələr sovet dövrünün son illərində həbsxanada baş verir. Müəllif həbsxana mövzusuna iki əks qütbün ziddiyyəti kontekstindən yanaşaraq, orijinal münasibət nümayiş etdirib.

Ekran əsərində baş rollarda xalq artisti Sabir Əliyev, əməkdar artist Rövşən Kərimduxt, Məmməd Əliyev, aktyorlar Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər.

Filmin rejissoru Elşən Heydərov, quruluşçu operatoru Mehdi Yaqubovdur. “SPP Production”da istehsal edilmiş ekran əsərinin xronometrajı 95 dəqiqədir.