Tarzəni Humay Qədimova yeni klipini təqdim edib. 

Axşam.az xəbər verir ki, musiqiç ekran işində bəstəkar Aydın Ağasıyeva məxsus olan xalq artisti Nisə Qasımovanın vokal ifasında dinlədiyimiz “Yumul bənövşəm” kompozisiyasını H.Qədimova tarda təqdim edir. Tarzən bildirir ki, mahnını N.Qasımovanın ifasında sevib və onu tarda ifa etməyə qərar verib:

“Bir ildən artıqdır bu mahnı mən də hazır vəziyyətdə idi. Çalışırdım ki, bunu klip şəklində ərsəyə gətirim. Bunun üçün də yaz-yay fəslini gözləyirdik ki, biz "Yumul bənövşəm"i canlı olaraq çəkə bilək. Klipin çəkilişlərini də qapalı, çiçəkli bir yerdə çəkdik”.

Qədimova deyib ki, “Yumul bənövşəm” üçün hazırlanan ekran işi neçə illik fasiləsinə son qoyub:
 
“İlk klipim musiqisi Kamala, sözləri Baba Vəziroğluna məxsus olan “Nigaranam”a oldu. Artıq neçə il keçib. Yaradıcı insanlar hər zaman istəyir ki, hansısa bir işi ortaya qoyanda maraqlı və dadlı-duzlu olsun. Eyni zamanda insanlar tərəfindən qəbul olunsun. Ümid edirəm bu işimiz də tamaşaçılar tərəfindən bəyəniləcək”.

Klipin rejissoru Vüsalə Mirzoyevadır.

 
 
 
 
 
 
 


                   

Digər Xəbərlər